Messi ötürdü, Di Maria vurdu, Argentina 118-də güldü - VİDEO

Messi ötürdü, Di Maria vurdu, Argentina 118-də güldü - VİDEO
Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.
Gecənin ilk matçında Argentina İsveçrəni sınağa çəkib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Oyunun yeganə qolu 118-ci dəqiqədə vurulub. Lionel Messinin ötürməsini qola çevirən Angel Di Maria Argentinaya qələbə qazandırığb. 
Qeyd edək ki, 1/8 finalın son matçı Belçika və ABŞ arasında keçiriləcək. Bakı vaxtı ilə saat 01.00-da başlayacaq görüşün qalibi 1/4 finalda Argentina ilə qarşılaşacaq.
DÇ-2014
1/8 final
1 iyul
21.00 Argentina - İsveçrə 1:0
Qol: Angel Di Maria, 118.
Argentina: Serxio Romero, Ezekuel Qaray, Pablo Zabaleta, Xavyer Maskerano, Markos Royo (Jose Basanta, 105+1), Federiko Fernandes, Fernando Qaqo (Lukas Biglia, 106), Angel Di Maria, Qonzalo Hiquayn, Lionel Messi, Ezekuel Lavezzi (Rodriqo Palasio, 74).
Ehtiyat oyunçular: Aqustin Orion, Mariano Anduyar, Hüqo Kampaqnaro, Martin Demiçelis, Enzo Peres, Maksi Rodriges, Auqusto Fernandes, Rikardo Alvares, Serxio Aquero.
Baş məşqçi: Alexandro Sabella.
İsveçrə: Dieqo Benaqlio, Stepan Lixtşteyner, Rikardo Rodriges, Yohan Courou, Fabian Şkar, Gökhan İnler, Valon Behrami, Herdan Şaqiri, Qranit Haka (Gelson Fernandes, 66), Admir Mehmedi (Blerim Cemaili, 13), Yosip Drmiç (Haris Seferoviç, 82).
Ehtiyat oyunçular: Yann Sommer, Roman Bürki, Reto Ziegler, Filip Senderos, Mişael Lanq, Tranquillo Barnetta, Valentin Stokker, Mario Qavranoviç.
Baş məşqçi: Ottmar Hitsfeld.
Sarı vərəqələr: Markos Royo, 90. Angel Di Maria, 120+1. Ezekuel Lavezzi, 120+4 - Qranit Haka, 36. Gelson Fernandes, 73.
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (İsveç), Svein Oddvar Moen (Norveç).
San Paulo. "San Paulo Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər