Argentina millisinin və “Barselona”nın superulduzu Lionel Messi 8 ildi Antonello Rokutsoyla bir yerdə yaşayır. Fanat.Az İspaniya mənbələrinə istinadən xəbər verir ki, cütlük münasibətləri rəsmiləşdirmək qərarına gəlib.
Toy iyunun 24 iyunda baş tutacaq. İş ondadı ki, həmin vaxt mövsüm yekunlaşmış olacaq və Messi bu tarixdə 30 yaşını qeyd edəcək. Nikah cütlüyün doğulduğu Rosario şəhərində rəsmiləşdiriləcək. Mərasimin ardından dəvətlilər Arroyo-Sekoda düzənlənəcək toy mərasiminə qatılacaq.
Artıq qonaqların sayı da bəllidi. Futbolçunun və nişanlısının doğmaları, müxtəlif futbolçular, futbol adamları da daxil olmaqla, 700 nəfər cütlüyün xoş gününə şahidlik edəcək.
Lionel və Antonellonun Tyaqo və Mateo adlı iki oğlu var.
Fanat.Az