Messi torbalarında 36 kq partlayıcı - FOTO

Messi torbalarında 36 kq partlayıcı - FOTO
Suriya - Türkiyə sərhəddində 8 PYD üzvü saxlanılıb. Fanat.az xəbər verir ki, Şanlıurfanın Ceylanpınar qəsəbəsindən Türkiyəyə girmək istəyən Suriya vətəndaşları Jandarma saxlayıb.
Saxlanılanların dindirilməsi zamanı maraqlı faktlar üzə çıxıb. Onların verdikləri adreslərdə aparılan qazıntılar zamanı üzərində Lionel Messinin fotoları olan 4 torbada 36 kq partlayıcı və 730 ədəd patron tapılıb.
Qeyd edək ki, PYD kürdlər tərəfindən Suriyanın şimalında qurulmuş Demokratik Birlik Partiyasıdı (Kürdcə - Partiya Yekitiya Demokrat). Lideri Salih Müslim olan təşkilatın silahlı qanadının 65 mindən artıq üzvü var. PYD Suriyadakı vətəndaş müharibəsinin fəal iştirakçılarından biridi.
Messi torbalarında 36 kq partlayıcı - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər