Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted”lə oyunda xəsarət alan Lionel Mesinin son durumu bəlli olub. Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən argentinalı superulduzun sağlıq durumunda ciddi problem aşkarlanmayıb. Daha əvvəl Messinin La Liqanın növbəti turunda - "Hueska”ya qarşı oynamayacağı açıqlansa da, müayinə nəticəsində cənubi amerikalının sözügedən görüşə hazır olacağı müəyyənləşib. Xatırladaq ki, "Mançester Yunayted"in futbolçusu Kris Smollinq dirsəyi ilə Messinin burun sümüyünü çatladıb.
Fanat.Az