Messi təklifi qəbul etdi - Daha iki ulduz da onun yanında olacaq

Messi təklifi qəbul etdi - Daha iki ulduz da onun yanında olacaq

PSJ-nin superulduzu Lionel Messinin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, bu iddia "El Chiringuito"ya məxsusdur.

Xəbərə görə, argentinalı hücumçu artıq Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın təklifini qəbul edib. Mənbə "Əl-Hilal"ın Messinin "Barselona"dakı sabiq komanda yoldaşlarını - Jordi Alba və Serxio Busketsi də heyətinə qatmaq üçün hərəkətə keçidiyini vurğulayıb. Yazılanlara inansaq, Ər-Riyad təmsilçisi bu yay bir yox, üç ulduzla güclənməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, daha öncə Messinin "Əl-Hilal"da illik 400 milyon avro əməkhaqqı alacağı bildirilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər