"Barselona” klubunun hücumçusu Lionel Messi bu mövsüm Çempionlar Liqasının qalibi olacaqlarını bildirib.
Fanat.Az xəbər verir ki, bununla bağlı argentinalı ulduz mətbuata açıqlamasında bildirib.
Messi komandanın azarkeşlərinə mövsümünün qalibi olacaqlarına söz verib.
"Barselona” klubunun kapitanı olmaq mənim üçün şərəfdir. Bu, böyük məsuliyyət deməkdir. Keçən il "Barselona” İspaniya kubokunu və La Liqa çempionluğunu qazandı. Biz UEFA Çempionlar Liqasında yaxşı çıxış etsək də, bəxtimiz gətirmədi. Bu gözəl kuboku "Nou Kamp”a qaytarmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə L.Messi bildirib.
Fanat.Az