Messi şou göstərdi, komandası Çempionlar Kubokunun yarımfinalına yüksəldi

Messi şou göstərdi, komandası Çempionlar Kubokunun yarımfinalına yüksəldi

Argentinalı superulduz Lionel Messi formasını geyindiyi "İnter Mayami"ni KONKAKAF Çempionlar Kubokunun yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, Mayami klubu 1/4 finalın cavab matçında digər ABŞ təmsilçisi "Los Anceles"lə qarşılaşıb .

Oyun ilk görüşdə 0:1 hesabı ilə yenilən "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dubla imza atan Messi məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Messinin komandası yarımfinalda Kanada "Vankuver"i ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər