Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, gecənin ilk oyunu Argentina və İran arasında baş tutub.
F qrupu çərçivəsində baş tutan qarşılaşmanın taleyini bir qol həll edib. 90 dəqiqə qapısına toxunulmaz saxlayan İran 90+1-cü dəqiqədə Lionel Messinin qoluna mane ola bilməyib. Bununla da argentinalılar 1/8 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, saat 00.00-da G qrupunda Almaniya - Qana, 03.00-da F qrupunda Bosniya və Hersoqovina - Nigeriya matçları başlayacaq.
DÇ-2014
Qrup mərhələsi
21-22 iyun
F qrupu
Argentina - İran 1:0
Qol: Lionel Messi, 90+1.
Argentina: Serxio Romero, Ezekuiel Qaray, Pablo Zabaleta, Xavyer Maskerano, Markos Rojo, Federiko Fernandes, Fernando Qaqo, Angel Di Maria (Lukas Biklia, 90+4), Qonzalo Hiquayn (Rodriqo Palasio, 77), Lionel Messi, Serxio Aquero (Ezekuiel Lavezzi, 77).
Ehtiyat oyunçular: Aqustin Orion, Mariano Andujar, Hüqo Kampaqnaro, Martin Demiçelis, Jose Basanta, Enzo Peres, Maksi Rodriges, Auqusto Fernandes, Rikardo Alvares.
Baş məşqçi: Alexandro Sabella.
İran: Əli Rza Həqiqi, Ehsan Hacsafi (Rza Həqiqi, 88), Cəlal Hosseyni, Əmir Hosseyn Sadeqi, Peyman Montazeri, Cavad Nekounam, Məsud Şocaey (Cosro Heydəri, 77), Andranik Teymuryan, Aşxan Deyagah (Əlirza Cahanbaxış, 85), Mehrdad Puladi, Rza Qooçannejad.
Ehtiyat oyunçular: Rəhman Əhmədi, Daniel Davari, Hosseyn Mahini, Seyid Əhməd Alenemeh, Haşim Beykzadə, Stiven Beytaşur, Qəşəm Hadadifar, Bəxtiyar Rəhmani, Kərim Ansarifard.
Baş məşqçi: Karlos Keyruş.
Sarı vərəqələr: Cavad Nekounam, 53. Məsud Şocaey, 73.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Durdeviç (Serbiya), Norbert Hauata (Taiti).
Belo Horizonte. "Estadio Mineyro".
1 | Argentina | 2 | 2 | 0 | 0 | 3:1 | 6 |
2 | İran | 2 | 0 | 1 | 1 | 0:1 | 1 |
3 | Nigeriya | 1 | 0 | 1 | 0 | 0:0 | 1 |
4 | Bosniya | 1 | 0 | 0 | 1 | 1:2 | 0 |
Fanat.az