Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi milli komandalar heyətində ən çox qol rekordunu şərh edib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" səhifəsində paylaşım edib.
Messi öz hisslərini belə ifadə edib:
"Bu günü çox arzulayırdım. Şükürlər olsun ki, gəlib çatdı. Sevginizə və dəstəyinizə görə təşəkkürümü ifadə edəcək söz tapa bilmirəm. Çox gözəl, unudulmaz gecə idi".
Xatırladaq ki, ötən gecə DÇ - 2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Boliviya oyunun zamanı ev sahibləri qalib gəlib (3:0). Həmin oyunda Messi het-trik edərək Pelenin milli komandalar heyətində vurulan qollar rekordunu yeniləyib. Messinin aktivində 78, Peledə isə 77 qol var.
Emin Şəmsiyev