"Barselona"nın hücumçusu Lionel Messi "Real"la matçda (1:2) qol vura bilməyib.
Fanat.Az xəbər verir ki, argentinalı hücumçu "Real"la son 7 matçda "qol+ötürmə" sistemi üzrə fərqlənə bilməyib. Messi 2018-ci ilin mayından madridlilərlə matçlarda qol vurmayıb və məhsuldar ötürmələr etməyib. Argentinalı sonuncu dəfə 2018-ci ildə - Kriştianu Ronaldu "Real"da çıxış edən zaman məhsuldar ötürmə ilə yadda qalıb.