Messi Ronaldoya səs verdi, o isə...

Messi Ronaldoya səs verdi, o isə...
Lionel Messi (Barselona) və Kriştiano Ronaldonun (Yuventus) FIFA-nın "The Best” mükafatının səsverməsi zamanı kimlərə səs verdiyi müəyyələşib.
Fanat.Az xəbər verir ki, Argentina millisinin kapitanı olan Messi ilin ən yaxşı futbolçusu kimi Sadio Maneni (Liverpul) göstərib. O, ikinci yerə əzəli rəqibi Kriştiano Ronaldonu, üçünçü yerz hazırda "Barselona”da komanda yoldaşı olan Frenki de Yonq layiq görüb.
Messi ilin ən yaxşı baş məşqçisi nominasiyasında seçimini Xosep Qvardiolanın (Mançester Siti) xeyirinə edib. O, Maurisio Poçettino (Tottenhem) və Marselo Qalyardonu (River Pleyt) 2-3-cü yerdə göstərib.
Portuqaliya millisinin kapitanı Ronaldo ən yaxşı futbolçu nominasiyasında seçimini belə edib: Mattis de Liqt (Ayaks/Yuventus), Frenki de Yonq (Ayaks/Barselona), Kilian Mbappe (PSJ).
Ronaldo ilin ən yaxşı baş məşqçisi kimi Portuqaliya yığmasına rəhbərlik edən Fernandu Santuşu fərqləndirib. O, ikinci yerdə Cemal Belmadini (Əlcəzair millisi), üçüncü yerdə Yugren Kloppu (Liverpul) göstərib.
Qeyd edək ki, ötən axşam keçirilən mükafatladırma mərasimində ən yaxşı kişi futbolçu Lionel Messi ("Barselona”, İspaniya), ən yaxşı qadın futbolçu Meqan Rapino ("Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp ("Liverpul”, İngiltərə), qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər