Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı
Çemponlar Liqasının ən çox qol vuran futbolçuları siyahısında dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, "Barselona"lı Lionel Messi "Real"ın ulduzu Kriştiiano Ronaldoya çatıb.
Belə ki, Ronaldo indiyədək keçirdiyi 104 Çempionlar Liqası matçında 68 dəfə fərqlənib. Messi isə 86 oyunda 67 dəfə rəqib qapılarına yol tampışdı. Bu gecə PSJ ilə keçirilən matçın 11-ci dəqiqəsində qol vuran argentinalı portuqaliyalı həmkarına çatıb.
Qeyd edək ki, Ronaldonun çıxış etdiyi "Real" bu gün "Ludoqorets"lə qarşılaşacaq. Ronaldo bu matçda 3 qola imza atsa, "Real"ın sabiq üzvü Raulun rekorduna şərik olacaq. İspan futbolçu 71 qolla Çempionlar Liqasının ən sərrast futbolçusudu.
Ronaldo Çempionlar Liqasında vurduğu 68 qoldan 53-ünə "Realo" forması ilə imza atıb. O, bu göstəriciyə 52 oyunda nail olub. 29 yaşlı futbolçu 2013/14 mövsümündə 17 qol vuraraq turnirin tarixində bir mövsüm ərzində ən çox qol vuran oyunçu olub. Bundan əvvəlki rekorda 2011/12 mövsümündə Messi imza atmışdı - 14 qol. Argentinalı 2008/19 (9 qol), 2010/12 (12 qol) və 2011/12 mövsümlərində (14 qol) Çempionlar Liqasının bombardiri olub.

Çempionlar Liqasında ən çox

qol vuran 10 futbolçu

Futbolçu

O

Q

Raul

142

71

Kriştiano Ronaldo

104

68

Lionel Messi

87

68

Ruud van Nistelrooy

73

56

Tyerri Anri

112

50

Andrey Şevçenko

100

48

Filippo İnzaqi

81

46

Alessandro Del Piero

89

42

Didier Droqba

88

42

Zlatan İbrahimoviç

103

41

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər