2012/13 mövsümündə La Liqada 46 qol vuraraq karyerasının üçüncü "Qızıl buts"unu qazanan Lionel Messi ən böyük rəqibi Kriştiano Ronaldo barədə açıqlamalar verib. Fanat.az xəbər verir ki, "Marka" qəzetinin və "European Sports Media"nın suallarını cavablandıran argentinalı portuqaliyalı həmkarını tərfiləyib.
"Onun formasının zirvəsində olub-olmadığını bilmirəm. Amma hər oyunda qol vurur, həm milli komandaya, həm də "Real"a xeyir verir", deyə Messi bildirib.
Başqa klublardan aldığı transfer təklifləri ilə bağlı mətbuatda yayıldan xəbərlə münasibət bildirən "Barselona"nın ulduzu bunları deyib: "Başqa klubların mənimlə maraqlanması qürar verici haldı. Çox razıyam. Amma mənim həyatım "Barselona"dı".
Fanat.az