Lionel Messi Çempionlar Liqasında daha bir rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, ötən axşam PSV-nin qapısına 3 qol vuran arentinalı ulduz turnirdə etdiyi het-triklərin sayını 8-ə çatdırıb.
Bununla da o, Kriştiano Ronaldonu geridə qoyub. İndiyədək Ronaldo və Messi Çempionlar Liqasında ən çox het-trik edən futbolçular idi - 7 dəfə.
Messi eyni zamanda "Real"ın əfsanəsi Raul Qonzalesdən sonra Çempionlar Liqasında ardıcıl 14 mövsümdə qol vuran ikinci futbolçu olub.
Fanat.Az