Lionel Messi Kriştiano Ronaldo ilə rəqabət aparması barədə mətbuatın müzakirə ediyi məsələdən danışıb. Fanat.az xəbər verir ki, argentinalı futbolçu "Real"ın ulduzu ilə rəqabət aparmadığını bildirib:
“Ronaldo ilə müqayisə edilməklə bağlı suala verdiyim cavabı son zamanlar çox təkrar edirəm. Mən özümü Kriştiano ilə müqayisə etmirəm. Sadəcə oyunumu oynayır və edə biləcəklərimə baxıram. Onunla, ya da başqasıyla müqayisə edilmək məni maraqlandırmır. Mənim üçün ən böyük şərəf, daha çox mükafat qazanmaqdı”.
Fanat.az