"Barselona"dan ayrılan argentinalı futbolçu Lionel Messi ilə PSJ ilə anlaşıb.
Fanat.Az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq tərəflər arasında müqavilə imzalanıb.
34 yaşlı ulduz hücumçu ilə 2+1 illik sözləşməyə imza atıb.
Messi yeni klubu ilə bağlı fikirlərini Fransa təmsilçisinin saytına bölüşüb: "Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. "Park de Prens"də meydana çıxmağı səbirsizliklə gözləyirəm".