Messi rekorddan doymur

Messi rekorddan doymur
Lionel Messi daha bir rekorda imza atıb. Fanat.Az xəbər verir ki, "Barselona"nın ulduzu Herd Mülleri arxada qoyaraq Avropanın 5 böyük liqasında ən çox qol vuran futbolçu olub.
"Barselona"nın əsas komandasında 2004-cü ilin 4 oktyabrında debüt edən Messi La Liqanın XVIII turunun "Levante" ilə oyununda qol vuraraq İspaniya çempionatındakı qol sayını 365-ə çatdırmışdı. 30 yaşlı futbolçu bununla da alman əfsanə Herd Müllerin Avropanın 5 böyük liqasında ən çox qol vuran futbolçu rekordunu təkrarlamışdı.
Argentinalı ulduz "Real Sosyedad"la matçın 85-ci dəqiqəsində fərqlənərək qol sayını 366-ya çatdırıb. Bununla da o, Müllerin rekordunu qıraraq bu siyahıda birinciliyi ələ keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər