Messi rekord vurdu, ABŞ darmadağın oldu - VİDEO

Messi rekord vurdu, ABŞ darmadağın oldu - VİDEO
ABŞ-da keçirilən Amerika Kuboku davam edir. Fanat.az xəbər verir ki, artıq ilk finalçı müəyyənləşib.
İlk yarımfinal matçında ABŞ-la Argentina qarşılaşıb. Cənubi Amerika təmsilçisi meydan sahiblərini darmadağın edib - 4:0. Qonzalo Hiquaynın dubl etdiyi oyunda, Ezekuel Lavezzi və Lionel Messi bir qol vurub. Messi həmçinin iki qolun ötürməsini verib.
32-cidəqiqədə komandasının ikinci qolunu vuran Lionel rekorda imza atıb. O, 55 qolla Argentinanın ən çox qol vuran oyunçusu olub.
Qeyd edək ki, Argentina finalda Kolumbiya - Çili matçının qalibi ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər