Messi, Ramos və Veratti iştrak ərizəsində olmayacaq

Messi, Ramos və Veratti iştrak ərizəsində olmayacaq

PSJ-nin hücumçusu Lionel Messi fransa çempionatının 7-ci turunda "Metz"lə qarşılaşmada meydanda olmayacaq.

Fanat.Az klubun mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, buna səbəb futbolçunun ayağında zədə olmasıdır. Messinin növbəti müayinəsi 48 saatdan sonra keçiriləcək.

Həmçinin, müdafiəçi Serxio Ramos (Sergio Ramos) və yarımmüdafiəçi Marko Verratti (Marco Verratti) də naməlum səbəbdən oyunda iştirak etməyəcək.

Xatırladaq ki, "Metz"- PSJ oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər