Lionel Messi növbəti dəfə "Barselona"nın tarixinə düşüb. Fanat.az xəbər verir ki, "Osasuna" (7:0) matçında het-trik edən argentinalı klubun ən məhsuldar oyunçusu olub.
Bu oyunadək "Barselona" forması ilə 368 qol vuran Messi sayı 371-ə çatdırıb. Bununla da o, 369 qola imza atmış Paulino Alkantaranı geridə qoyub.
Fanat.az