Messi qol vurdu, Braziliya yenə xal itirdi - VİDEO

Messi qol vurdu, Braziliya yenə xal itirdi - VİDEO
Cənubi Amerikada "DÇ-2018"in seçmə mərhələsi davam edir. Fanat.az xəbər verir ki, bu axşam 5 qarşılaşma baş tutub.
Bir neçə gün əvvəl Uruqvayla "sülh" bağlayan Braziliya yenə xal itirib. "Sambaçılar" bu dəfə Paraqvayla heç-heçə oynayıb - 2:2.
Martın 25-də səfərdə çilini yenən Argentina ardıcıl ikinci qələbəsini qazanıb. Argentinalılar bu dəfə Boliviyaya qalib gəlib - 2:0. Start heyətində yer alan Lionel Messi 30-cu dəqiqədə penalti qoluna sevinib.
Braziliyadan bir xal alan Uruqvay Peruya qalib gəlib - 1:0. Kolubiya da ardıcıl ikinci qələbəsini qazanıb. Martın 25-də səfərdə Boliviyadan üstün olan kolumbiyalılar bu dəfə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. Çili isə Argentina məğlubiyyətinin əvəzini Venesuelladan çıxıb - 4:1.
Braziliya - Paraqvay 2:2
Qollar: Dario Leskano, 40. Edqar Benites, 49 - Rikardo Oliveyra, 79. Dani Alveş, 90+2.
Argentina - Boliviya 2:0
Qollar: Qabriel Mersado, 20. Lionel Messi, 30-pen.
Uruqvay - Peru 1:0
Qol: Edinson Kavani, 53.
Kolumbiya - Ekvador 3:1
Qollar: Karlos Bakka, 15; 67. Sebastian Peres, 48 - Maykl Arroyo, 90.
Venesuella - Çili 1:4
Qollar: Romulo Otero, 9 - Maurisio Pinilla, 33; 52. Arturo Vidal, 72; 90+2.
Turnir cədvəli

1.

Uruqvay

6

4

1

1

12:4

13

2.

Ekvador

6

4

1

1

12:7

13

3.

Argentina

6

3

2

1

6:4

11

4.

Çili

6

3

1

2

12:10

10

5.

Kolumbiya

6

3

1

2

9:8

10

6.

Braziliya

6

2

3

1

11:8

9

7.

Paraqvay

6

2

3

1

7:6

9

8.

Peru

6

1

1

4

6:12

4

9.

Boliviya

6

1

0

5

7:13

3

10.

Venesuella

6

0

1

5

7:17

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər