Messi "Qızıl toplar"ı harada saxlayır? - Özü dedi

Messi "Qızıl toplar"ı harada saxlayır? - Özü dedi

"İnter Mayami"nin və Argentinanın hücumçusu Lionel Messi qazandığı "Qızıl top" mükafatlarını harada saxladığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, AS argentinalı superulduzun dediklərini belə çatdırıb:

“Məndə olan hər şey Barselonadakı muzeyimdədir. “Qızıl toplar”, qızıl butslar, futbolkalar və sair”. 

Messi yeddi dəfə “Qızıl top”un qalibi olub. O, 2023-cü ildə də bu mükafata namizəddir.

Qeyd edək ki, Leo bu yay PSJ-dən azad agent qimində ayrılaraq "İnter Mayami"yə qoşulub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər