“Qızıl top”un təsisçiləri Lionel Messinin adının namizədlər sırasında olmamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" “France Football”un baş redaktorunun müavini Emmanuel Bojanın bu barədə dediklərini belə çatdırıb:
"Messi ilk 30-luğa namizəd hesab olunurdu. Lakin "Qızıl top"a iddiaçıların seçilməsi üçün yeni meyarlar var ki, bunlar onun xeyrinə olmayıb. Leonun PSJ-dəki ilk mövsümünü nəzərə alaraq təəssüflə etiraf etməliyik ki, elə də parlaq oyunu ilə yadda qalmayıb".
Emin