Messi qələbə haqda nə dedi?

Messi qələbə haqda nə dedi?

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda 1:0 hesabıyla yendiyi "Mançester Yunayted”i Barselonada darmadağınla üzən (3:0) meydan sahibləri adını yarımfinala yazdırdı.

 

 

Fanat.Az-ın məlumatına görə, ilk yarıda dubl edən Lionel Messi matçın ardından UEFA-nın saytına açıqlama verib:

"İlk 5 dəqiqədə bir qədər əsəbi göründük. Sonradan qollar vurduq və diqqətçəkən oyun sərgilədik. Hər şey əla alındı. Bu görüşdə özümüzə bənzədik, kim olduğumuzu ortaya qoya bildik”.

Qeyd edək ki, "Barselona” yarımfinalda "Liverpul” – "Portu” cütünün qalibi ilə üz-üzə gələcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər