"Məncə, Messi qalacaq, biz onunla dostuq" - Serxio Aquero

"Məncə, Messi qalacaq, biz onunla dostuq" - Serxio Aquero
"Məncə, Messi növbəti mövsümdə də "Barselona"da olacaq. Leo ilə bir yerdə oynaya biləcəyimə ümid edirəm".
Fanat.Az xəbər verir ki, bunu "Barselona"nın yeni transferi Serxio Aquero deyib.
Argentinalı hücumçu həmyerlisinin Kataloniya təmsilçisində qalmasının oyun planında komandaya böyük fayda verəcəyini söyləyib: "Messini yaxşı tanıyıram. Biz dostuq. Onunla birlikdə böyük uğurlara imza ata biləcəyimizə inanıram. Söylədiyim kimi, "Barsa"nı tərk etməsi üçün ciddi səbəb yoxdur. Fikrimcə, qalacaq və komandaya böyük faydası dəyəcək".
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər