Ötən yay Lionel Messini azad agent qismində heyətinə qatan PSJ-nin bu layihədən əldə etdiyi gəlir açıqlanıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı superulduzun sayəsində bir ilə 700 milyon avro qazanıb.
Mənbə Fransa nəhənginin Messinin hesabına 10 sponsor müqaviləsi bağladığını, klubun sosial şəbəkələrdəki təqibçilərinin sayının isə 15 milyona çatdığını bildirib. PSJ-nin tarixində ilk dəfə bir futbolçunun 1 milyondan artıq formasını satdığı vurğulanıb.
Qeyd edək ki, bu gün 35 yaşını tamamlayan Messi Fransa komandasında ümumilikdə 34 matça çıxaraq 11 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Nihat