Messi PSJ-nin düşərgəsini özbaşına tərk edib - SƏBƏB

Messi PSJ-nin düşərgəsini özbaşına tərk edib - SƏBƏB

PSJ-nin hücumçusu Lionel Messi komandanın baş məşqçisi Kristof Qaltye və klub rəhbərliyinin icazəsi olmadan Səudiyyə Ərəbistanına səfərə gedib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.

Mənbə qeyd edib ki, “Loryen”lə (1:3) baş vermiş biabırçı oyundan sonra Paris nəhəngi futbolçular üçün həftəsonunun ləğv edilməsinə qərar verib. Lakin bu, Messinin klubdan ayrılmasına mane olmayıb. 35 yaşlı argentinalı futbolçunun gedişi klubdakıları qəzəbləndirib.

Messinin Səudiyyə Ərəbistanına "Əl Hilal" klubunun rəhbərliyi ilə danışıq aparmaq üçün yollandığı bildirilir.   Argentinalı ulduzun Fransanın top-klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. Hücumçu cari mövsümdə 37 oyun keçirib, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər