Messi PSJ-dən niyə narazıdır? - SƏBƏB

Messi PSJ-dən niyə narazıdır? - SƏBƏB

PSJ-nin superulduzu Lionel Messinin klubun qışda həyata keçirdiyi transfer siyasətindən narazıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Équipe" yayıb.

Xəbərə görə, Messi ilə yanaşı, komandanın müdafiəçisi Presnel Kimpembe də bu qış Leandro Paredes və İdrissa Geyenin satılmasını, Yulian Drakslerin "Benfika"ya icarəyə göndərilməsini yanlış addım sayır. Mənbə sözügedən oyunçuların Vitinya, Fabian Ruis və Karlos Solerin timsalında yeni transferlərə inanmadığını, eləcə də "İnter"in müdafiəçisi Milan Şkrinyarın heyətə cəlb edilməməsini ciddi problem hesab etdiklərini vurğulayıb. 

Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzub. Bu yenilgi parislilər üçün 1 həftə ərzində ardıcıl 3-cü məğlubiyyət olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər