Messi Pepə rəhm etmədi, "Barsa" qisasını aldı - VİDEO

Messi Pepə rəhm etmədi, "Barsa" qisasını aldı - VİDEO
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Barselona" sabiq baş məşqçisi Pep Qvardiolanın başçılıq etdiyi "Bavariya"nı qəbul edib. Matçda 3 qol vurulub. 77-80-cı dəqiqələrdə dubl edən Lionel Messi matçın taleyini böyük ölçüdə həll edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Neymar qoyub - 3:0.
Qeyd edək ki, komandalar sonuncu dəfə 2012/13 mövsümündə Çempionlar Liqasının yarımfinalında qarşılaşmışdı. Həmin vaхt "Bavariya" iki oyunun nəticəsinə görə "Barselona"nı 7:0 hesabı ilə yenmişdi (4:0, 3:0). Hazırda "Bavariya"ya başçılıq edən Pep Qvardiola 1990-2001-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddətdə o, La Liqanın (6 dəfə), "Kral Kuboku"nun (2), İspaniya Superkubokunun (4), Çempionlar Liqasının (1), Kuboklar Kubokunun (1) və UEFA Superkubokunun (1) qalibi olub. 2008-2012-ci illərdə baş məşqçi kimi komandaya başçılıq edən 44 yaşlı mütəхəssis La Liqanı (3 dəfə), "Kral Kuboku"nu (2), İspaniya Superkubokunu (3), Çempionlar Liqasını (2), UEFA Superkubokunu (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.
Qeyd edək ki, yarımfinalın ilk oyunu dünən baş tutub və "Yuventus" (İtaliya) "Real"ı 2:1 hesabı ilə yenib.
Çempionlar Liqası
1/2 final
İlk oyun
6 may
Barselona (İspaniya) - Bavariya (Almaniya) 3:0
Qollar: Lionel Messi, 77; 80. Neymar, 90+4.
Barselona: Mark-Andre ter Stegen, Cerard Pike, Xavyer Maskerano (Mark Bartra, 89), Jordi Alba, Dani Alves, İvan Rakitiç (Xavi, 82), Serxio Buskets, Andres İnyesta (Rafinya, 87), Luis Suares, Lionel Messi, Neymar.
Ehtiyat oyunçular: Klaudio Bravo, Adriano Korreya, Tomas Vermaelen, Pedro.
Baş məşqçi: Luis Enrike.
Bavariya: Manuel Noyer, Mehdi Benatiya, Rafinya, Jerome Boatenq, Filip Lam, Xabi Alonso, Tyaqo Alkantara, Xuan Bernat, Bastian Şvaynştayger, Robert Levandovski, Tomas Müller (Mario Götze, 79).
Ehtiyat oyunçular: Pepe Reyna, Dante, Xavi Martinez, Canluca Qaudino, Mitçell Veyser, Klaudio Pizarro.
Baş məşqçi: Pep Qvardiola.
Sarı vərəqələr: Dani Alves, 46. Cerard Pike, 66. Neymar, 69 - Xabi Alonso, 35. Mehdi Benatiya, 52. Xuan Bernat, 56.
Hakimlər: Nikola Rizzoli, Elenito Di Liberatore, Mauro Tonolini, Canluca Kariolato (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
Barselona. "Nou Kamp" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər