Messi penta-trik etdi, Puşkaşı geridə qoydu

Messi penta-trik etdi, Puşkaşı geridə qoydu

Dünən Estoniya ilə yoldaşlıq oyununda 5:0 hesablı qələbə qazanan Argentina millisinin bütün qollarını vuran Lionel Messi şəxsi nəticəsini yaxşılaşdırıb.

Fanat.Az xəbər verir ki, millidə çıxdığı 162 oyunda 86 qola imza atan 34 yaşlı superulduz yığmadakı qol sayına görə əfsanəvi Ferents Puşkaşı (89 oyuna 84 qol) geridə qoyub.

Argentina millisi tarixinin ən yaxşı bombardiri olan Messi ümumi siyahıda 4-cü yerə yüksəlib. İlk "üçlük"də isə uyğun olaraq Kriştianu Ronaldu (187 oyuna 117 qol), Əli Daei (148 oyuna 109 qol) və Moxtar Daxari (142 oyuna 89 qol) qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər