ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinin ilk oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq mərhələnin açılış matçında turnirin son çempionu Argentina millisi Ekvadorla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Belədə qalib penaltilər seriyasında müəyyənləşib. Hədəfə ilk yaxınlaşan Lionel Messi penaltidən yararlana bilməyib. Buna baxmayaraq, Ekvador bu şansı boşa verib. RƏqibin iki oyunçusu "11 metrə"ni dəqiq yerinə yetirə bilməyib. Əvəzində Messinin "ağ nöqtə"yə yaxınlaşan bütün komanda yoldaşları dəqiq olublar. Beləliklə, rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.