Messi Pelenin rekordunu yenilədi

Messi Pelenin rekordunu yenilədi
"Barselona”nın kapitanı Lioenel Messi daha bir rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz  Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.
33 yaşlı hücumçu "Valyadolid” ilə matçın 65-ci dəqiqəsində fərqlənib.
"Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdıran Messi rekordçu Peleni ötüb.
Qeyd edək ki, Pele Braziliyanın "Santos” futbol klubunda 643 qol vurub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər