Messi Peleni keçdi

Messi Peleni keçdi

PSJ-nin argentinalı superulduzu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.

Fanat.Az xəbər verir ki, cənubi amerikalı buna "Brügge"ni 4:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada - UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubl etməklə nail olub.

Beləliklə, o, əvsanəvi Peleni geridə qoyub. 81 yaşlı canlı əfsanənin hesabında 757 qol var.

Qeyd edək ki, Lionel Messi "Brügge" ilə matçın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər