"Barselona"nın hücumçusu Lionel Messi özünə yeni ev alır.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, argentinalı ulduz Fransanın paytaxtı Parisdə lüks malikanə axtarışındadır.
Ancaq hələki ona təklif olunan evlər arasında bəyəndiyi yoxdur.
Qeyd edək ki, bir müddət öncə Fransanın PSJ klubunun Messiyə 3 illik müqavilə təklif etdiyi bildirilirdi. Futbolçunun sözügedən ölkədə ev almaq niyyəti PSJ-yə keçidlə bağlı iddiaları yenidən gündəmə gətirib.
Röya