PSJ-nin superulduzu Lionel Messi Fransa çempionatının 13-cü turunda oynamayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt komandasının baş məşqçisi Maurisio Poçettinonun söylədikləri klubun rəsmi "Twitter" hesabında yerləşdirilib:
"Lionel Messi "Bordo" ilə sabah keçirəcəyimiz qarşılaşmada meydana çıxmayacaq".
Qeyd edək ki, "Bordo" - PSJ qarşılaşması 6 noyabr tarixində baş tutacaq.
Nihat