PSJ-nin futbolçusu Neymar Paris klubu ilə yeni müqavilə barədə danışıqları dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, braziliyalı hücumçunun qərarına "Barselona"nın ulduzu Lionel Messi təsir edib. Argentinalı hücumçu "sambaçı" ilə eyni komandada çıxış etmək istədiyini deyərək Neymarı "Barselona"ya qayıtmağa razı salıb.
Mənbə, Neymarın Kataloniya klubu ilə müqavilə bağlamağa yaxın olduğunu qeyd edib.
Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.
Röya