Lionel Messi PSJ-nin üzvü Neymara yeni iş yeriməsləhət görüb.
Fanat.Az "Don Balon”a istinadən xəbər verir ki, argentinalı superulduz "Barselona”da komanda yoldaşı olmuş braziliyalıyla görüşüb və ona "Mançester Yunayted”ə keçməyin daha doğru variant olacağını deyib. Mənbə Messinin bunu Neymarın "Real”a transferini əngəlləmək üçün etdiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə Avropa mətbuatındakı "çəki”siylə seçilən bir neçə nəşr 26 yaşlı Neymarın Fransa çempionatının səviyyəsindən narazı olduğunu və "Barselona”dan getdiyinə üzüldüyünü yazmışdı.
Fanat.Az