Argentinalı ulduz Lionel Messi PSJ rəhbərliyinin braziliyalı futbolçu Neymara olan münasibətindən narazıdır.
Fanat.Az “La Nacion” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Neymarın klubdan getməsinin qəti əleyhinədir.
Xəbərə görə, Messi Paris komandasında "sambaçı" ilə oynamağa davam etmək istəyir. Bu barədə Leo klub rəhbərlərini də məlumatlandırıb.
Daha əvvəl braziliyalı futbolçunun karyerasını başqa Avropa klubunda davam etdirə biləcəyi bildirilirdi.
Neymara "Yuventus" və "Çelsi" klubları maraq göstərirdi.
Braziliya millisinin hücumçusunun PSJ ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin