Messi mundialın favoritlərini saydı

Messi mundialın favoritlərini saydı

 

 

Lionel Messi DÇ-2018-in favoritlərinin adlarını açıqlayıb.

 

 

Fanat.Az xəbər verir ki, AS nəşrinə müsahibəsində argentinalı superulduz belə deyib: "Braziliya, Almaniya və İspaniya mundialı qazanmağa daha çox şansı olan millilərdi. Ancaq başqa güclüləri də unutmamalıyıq”.

"Barselona”nın futbolçusu Şərəfini qoruduğu Argentina yığması haqda da danışıb: "Gözləntilərim yüksəkdi. Braziliyada olduğu kimi, gözəl anlar yaşayacağımıza ümid edirəm. Bu dəfə ardını yaxşı gətirsək, lap əla olar. Argentina – İspaniya finalını istəyərəmmi? Əlbəttə! Təki biz finala çıxaq. Uzun müddətdi İspaniyada yaşayıram. Yaşadığım ölkənin yığmasında çoxlu dostlarım oynayır. Onlarla finalda qarşılaşmaq və qələbə qazanmaq böyük sevinc bəxş edər”.

Qeyd edək ki, Argentina D qrupunda mübarizəyə başlayacaq. Cənubi amerikalılar yer aldığı qrupda İslandiya, Xorvatiya və Nigeriya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər