Messi millilərin bombardiləri siyahısında 9-cu pilləyə qalxdı - SON SİYAHI

Messi millilərin bombardiləri siyahısında 9-cu pilləyə qalxdı - SON SİYAHI
Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsinin son turunda Boliviya millisi üzərində qazandıqları 4:1 hesablı qələbəyə 2 qolla töhfə verib.
Fanat.Az-ın məlumatına görə, dubla imza tana superulduz milli formayla rəsmi matçlarda vurduğu qolların sayını 75-ə çatdırıb. Beləliklə, o, futbol tarixində yığma komandalarda ən çox qol vuran futbolçular arasında 9-cu pilləyə yüksəlib. Dəqiqləşdirsək, Lionellə birlikdə 9-12-ci yerləri bölüşən daha 3 futbolçu var.
FİFA-nın son siyahısı isə belədir:
1-2. Əli Daei (İran) - 109 qol
1-2. Kriştianu Ronaldu (Portuqaliya)
3. Moxtar Dahari (Malayziya) - 89
4. Ferents Puşkaş (Macarıstan) - 84
5. Qodfri Çitalu (Zambiya) - 79
6. Hüsseyn Səid (İrak) - 78
7. Pele (Braziliya) - 77
8. Əli Mabhut (BƏƏ) - 76
9-12. Lionel Messi - 75
9-12. Şandor Koçiş (Macarıstan)
9-12. Kunisiqe Kamamoto (Yaponiya)
9-12. Bəşər Abdulla (Küveyt)
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər