"Messi milli ilə bağlı mövqeyini dəyişsə..." - Skaloni açıqladı

"Messi milli ilə bağlı mövqeyini dəyişsə..." - Skaloni açıqladı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "TyC Sports" Skaloninin dediklərini belə çatdırıb:

"Lionelin işləri qaydasındadır. Messi oynamaq üçün buradadır. Özü başqa qərar verməyənə qədər Leonu yığmaya çağırmağa davam edəcəyik. Hətta milli ilə bağlı mövqeyini dəyişsə, onu komandada qalmağın daha yaxşı olacağına inandırmağa çalışacağam".

Qeyd edək ki, son DÇ-nin qalibi olan Argentina seçməsi mart toplanışı çərçivəsində Panama və Kürasao yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər