PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"lə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri danışan veteran futbolçu Nikolas Anelka bu matçdan Fransa klubunun hücumçusu Lionel Messidən gözləntilərini açıqlayıb:
“Messi bütün həyatı boyu “Barselona”da olub və ona yeni klubuna uyğunlaşmaq asan deyil. PSJ-də onun üçün hər şey yenidir. Messinin "Barselona"dan ayrılmaq istədiyini düşünmürəm. O, klubdan getməli oldu və bu onun üçün asan deyil. Amma Messi Messidir və bu kimi oyunlarda o, əla futbolçu olduğunu sübut edir. Düşünürəm ki, Real Madridlə yaxşı oyun keçirəcək”.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında argentinalı ulduz 5 matçda 5 qol vurub.
Emin