"Barselona"nın sabiq hücumçusu Samuel Etoo argentinalı superulduz Lionel Messi ilə oynadığı dönəmdə ondan daha vacib futbolçu olduğuna eyham edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" kamerunlunun sözlərini belə çatdırıb:
"Mən Messi ilə oynayanda? O mənimlə oynayıb, mən onunla yox. Bildiyiniz kimi, bunlar fərqli anlayışlardır. O vaxt hər şey başqa cür idi.
Messinin "Barselona"dakı durumuna gəlincə, onu başqa formada təsəvvür edə bilmirəm. Kataloniya klubu Leonun evi, məhəbbətidir. "Barsa"ya olan sədaqətinin pul amilinə söykənmədiyinə əminəm. Bilirəm ki, Joan laporta (klubun prezidenti - red.) onun üçün yeni, maraqlı layihə hazırlayır".
Xatırladaq ki, Messinin "Barselona" ilə olan müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.
Nihat