"Messi məni bayıra tulladıqları üçün üzülür"

"Messi məni bayıra tulladıqları üçün üzülür"
"Barselona"nı "Atletiko"ya dəyişən Luis Suares sabiq komanda yoldaşı Lionel Messinin onun gedişindən üzüldüyünü açıqlamasına reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, forvardın söylədiklərini Goal.com belə çatdırıb:
"Messinin reaksiyası məni təəccübləndirmədi. Onun nə hisslər keçirdiyini yaxşı anlayıram. Messi məni belə desəm, bayıra tulladıqlarını başa düşdüyü üçün üzülür. Hər halda, başqa şəkildə də yolları ayıra bilərdik. Leo 6 illik əməkdaşlığın xoşagəlməz sonluğundan narahat olub.
Bəli, "Barselona"da qəribə hallarla üzləşmişəm. Məsələn, növbəti matçda oynamayacağım üçün fərdi məşq etməli olmuşam. Münasibətlərin dəyişdiyini hiss edib sarsıntı keçirmişəm... Ailəm xoşbəxt olmağımı istəyirdi. Ona görə də, yeni çağırışa səs verməliydim. "Atletiko"dan təklif alanda bir saniyə də düşənmədən "hə" dedim. Düzdü, bəzi fərqliliklərə uyğunlaşmalıyam. Amma burda özümü çox xoşbəxt hiss edirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər