Messi Maradonanın xatirəsini belə yad etdi - FOTO

Messi Maradonanın xatirəsini belə yad etdi - FOTO
"Barselona"nın kapitanı Lionel Messi noyabrın 25-də ürəktutmasından dünyasını dəyişən Dieqo Maradonanın xatirəsini yad edib.
Fanat.Az xəbər verir ki, İspaniya çempionatının 11-ci turunda - "Osasuna"nı 4:0 hesabıyla yendikləri matçda qollardan birinin müəllifi olan argentinalı ulduz əfsanəvi həmyerlisinin ruhuna sayğı göstərib.
Messi Argentinanın "Nyuells Old Boyz" klubunun 10 nömrəli formasıyla əllərini göyə açıb. 
Qeyd edək ki, Maradona 1993/94 mövsümündə bu komandada 5 oyun keçirib. Messi özü də 5 il "Nyuells Old Boyz"un akademiasında futbolun sirlərinə yiyələnib.
 
Messi Maradonanın xatirəsini belə yad etdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər