Messi ölkə prezidenti olmaq istəsə... - Argentinada sorğu keçirildi

Messi ölkə prezidenti olmaq istəsə... - Argentinada sorğu keçirildi

Argentina millisinin Amerika kubokunda (2021) və ən əsası, dünya çempionatında (2022) qazandığı qələbələrdən sonra Lionel Messi ölkədə qəhrəmana çevrilib. 

Fanat.Az xəbər verir ki, "Giacobbe" tərəfindən aparılan sorğular, ulduz futbolçu namizəd olacağı təqdirdə argentinalılar tərəfindən ölkə prezidenti seçilməyə şanslı olduğunu üzə çıxarıb.

Sorğu iştirakçılarının 43,7 faizi prezident seçkilərində Lionel Messiyə səs verəcək. İnsanların 37,8 faizi belə bir ssenarini dəstəkləmir. Digər 17,5 faiz isə “bəlkə” variantına səs verib. 

Söhbət təkcə Lionel Messidən deyil, siyahıdakı digər namizəd - siyasətçi və iş adamı Xavyer Mileylə müqayisəyə gəlincə, millinin kapitanı aşkar fərqlə öndə olub - 36,7 və 12 faiz.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər