PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasının 7-ci "Qızıl top" mükafatına qovuşandan sonra səsvermədə ikinci olan Robert Levandovskiyə ürək sözlərini çatdırıb.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı superulduz belə danışıb:
"Sən öz "Qızıl top"unu haqq edirsən. Hamı razılaşar ki, ötən il bu mükafat sənə verilməliydi".
Messi daha sonra əlavə edib:
"Bilmirəm bundan sonra neçə il futbol oynayacağam. Amma onların sayının çox olmasını istəyirəm. Çünki yaşıl meydanlarda olmaqdan çox böyük zövq alıram".
Xatırladaq ki, 2020-ci ildə "Qızıl top" koronavirus pandemiyası üzündən heç kimə verilməyib.
Nihat