Messi koronavirus testindən keçdi - Məşqlərə başlayır

Messi koronavirus testindən keçdi - Məşqlərə başlayır
"Barselona"nın ulduzu Lionel Messi koronavirus testindən keçib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu klubun bazasında yox, evində test verib. Testin nəticəsi neqativ çıxsa, futbolçu sabahdan "Barselona" ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, 33 yaşlı oyunçu Kataloniya təmsilçisindən ayrılmaq istədiyinə görə ötən həftə testdən keçmək üçün klubun bazasına getməmişdi. Lakin Messi dünən daha 1 il "Barselona”da qalacağını açıqlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər