Messi komanda ilə məşqlərə geri döndü

Messi komanda ilə məşqlərə geri döndü

“İnter Mayami”nin hücumçusu Lionel Messi komanda ilə birgə məşqlərə qayıdıb.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu “Sinsinnati” ilə mövsümün ev oyununda meydana qayıda bilər.

Qarşılaşma oktyabrın 8-nə keçən gecə baş tutacaq. “İnter Mayami” sosial şəbəkədə onun şəklini ispan dilində “sabah görüşərik” yazısı ilə yayımlayaraq, argentinalının matçda iştirak edə biləcəyinə işarə vurub.

Messi ayağından aldığı zədə səbəbindən son dörd matçı buraxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər