Messi Kasilyasla belə vidalaşdı

Messi Kasilyasla belə vidalaşdı
"Barselona"nın hücumçusu Lionel Messi "Real" əfsanəsi İker Kasilyasın karyerasını bitirməsinə münasibət bildirib.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Messi ispan qolkiperin adını tarixə yazdırdığını qeyd edib:
"İker karyerasını bitirir. Amma o, çoxdan adını futbol tarixinə yazdırmağı bacarıb - təkcə La Liqada etalona çevrildiyinə görə yox, həm də beynəlxalq səviyyədə mümkün olan hər şeyi qazandığına görə.
Sən möhtəşəm qapıçısan və sənə qarşı oynamaq mənim üçün çətin idi. Ötənləri xatırlamalı olsam, deyərdim ki, qarşı-qarşıya gəldiyimiz və imkanlarımızdan artığını ortaya qoyduğumuz hər oyun gözəl idi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər